Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayı 2020-ci il üçün dəftərxana mallarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı vasitəsilə elektron formada təqdim edə bilərlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyatı xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
İştirak haqqı 200 (iki yüz) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs- Tural İbrahimov .
Ünvan- Bakı şəhəri, Xətai rayonu ,2233-cü məhəllə, Nobel prospekti 69C.
Telefon- 424-31-85.
• H/h- AZ41CTRE00000000000002077705
• VÖEN- 1500479271
• Bank- Dövlət Xəzinədarlığı Agentliyi
• Kod- 210005
• VÖEN- 1401555071
• M/h- AZ41NABZ01360100000000003944
• S.W.İ.F.T: CTREAZ22
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərinin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 
-tender təklifi dəyərinin 1 faizi həcmində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır); 
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətinin dayandırıldığı müddət nəzərə alınmadan) vergi ödəciyisinin Azərbaycan Respublikasının Vergi Məcəllləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış; 
–satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı; 
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 29 aprel 2020-ci il saat 12.00 –a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər. 
İddiaçılar tender təklifi ilə bank təminatı sənədlərini 7 may 2020-ci il saat 12.00 -a qədər elektron portal vsaitəsilə təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan təkliflər qəbul olunmayacaqdır.
İddiaçıların tender təklifi zərfləri 8 may 2020-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə Portal vasitəsilə tanış ola bilərlər. 
QEYD-enderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

11 Aprel 2020 02:58 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə