Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sevinc Hüseynova: Azərbaycan koronavirusla uğurla mübarizə aparan ölkələrdən biridir

Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olub. Azərbaycan koronavirusla mübarizədə ən öndə gedən ölkələrdən biridir.

Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, ölkəmizdə koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır. Xüsusi karantin rejiminin tətbiq olunması da bu məqsədə xidmət edir.

Deputat qeyd edib ki, koronavirusun vura biləcəyi zərərin qarşısının alınması üçün dövlət başçısının tapşırığına əsasən, Nazirlər Kabineti müvafiq Tədbirlər Planı təsdiqləyib: “Məqsəd vətəndaşların sosial müdafiəsini tam təmin etməkdir. Görülən bu işlərin fonunda vətəndaşlar xüsusi karantin rejiminin qaydalarına əməl etməlidir”.

S.Hüseynova bildirib ki, Prezident İlham Əliyev aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı zamanı Azərbaycan xalqına müraciətində də karantin rejiminə riayət edilməsinin zəruriliyini bir daha vurğulayıb: “Prezident İlham Əliyev qeyd etdi ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın, həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.

Dövlətimizin başçısı bildirdi ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Cənab Prezident vətəndaşlara müraciətlə söyləyib: “Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”.

Deputat vurğulayıb ki, hər bir vətəndaşımız Prezident İlham Əliyevin çağırışına ciddi şəkildə əməl etməlidir: “Əməl etməliyik ki, hökumətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronavirus bəlasından tezliklə xilas ola bilək”.

“Xalq qəzeti”

8 Aprel 2020 11:48 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə