Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyrançöl Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. 
Əlaqələndirici şəxs- Tağıyev Əsgər Məhər oğlu.
Ünvan-Tovuz şəhəri, S.Məmmədov küçəsi 3.
E-mail: [email protected]
Telefon- 022-31-5-31-04.
Tender 4 (dörd) lot üzrə keçiriləcəkdir.
Lot -1.Boru kəmərlərinin cari təmirinin satın alınması.
Lot -2 .Nəqliyyat vasitələri və mexanizmlər üçün ehtiyat hissələrinin mexaniki və elektrik avadanlıqlarının satın alınması.
Lot- 3 .Boru kəmərləri üçün müxtəlif ölçülü boruların satın alınması.
Lot -4 .İnşaat materiallarının satın alınması.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıdakı hesaba hər lot üçün 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri-
Ceyrançöl Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi
H/h- AZ88CTRE 00000000000002353503
VÖEN- 7300139671
BTK-142575
BSK-3
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN- 1401555071
Kod- 210005
M/h- AZ41NABZ 01360100000000003944
S.W.İ.F.T: AİİBAZ2X
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- vergilər nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;
- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 14 aprel 2020-ci il saat 17.00-a kimi tender komissiyasına dövlət satın­almalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 22 aprel 2020-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri zərfləri 23 aprel 2020-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır.

 

Tender komissiyası

7 Aprel 2020 00:51 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
2 Dekabr 2021 | 08:06
ELAN
2 Dekabr 2021 | 07:57
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə