Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Publik Hüquqi Şəxsi 2020-ci ilin birinci yarımilliyində “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter”, Rusiya və digər xarici markalı avtomobillər üçün ehtiyat hissələrinin, avtoşinlərin, akkumulyatorların, mühərrik və transmissiya yağlarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 5 (beş) lot üzrə keçirilir.
Lot 1. “Mercedes-Benz Vito”və “Mercedes-Benz Sprinter” markalı avtomaşınların cari təmiri üçün ehtiyat hissələrinin satın alınması.
Lot-2. “Mercedes-Benz Vito”və “Mercedes-Benz Sprinter” markalı avtomaşınların əsaslı təmiri üçün ehtiyat hissələrinin satın alınması.
Lot- 3. “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” və digər markalı avtomaşınlar üçün avtoşinlərin və akkumulyatorların satın alınması.
Lot- 4. “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” və digər markalı avtomaşınlar üçün mühərrik və transmissiya yağlarının satın alınması.
Lot -5. Rusiya və digər xarici markalı avtomaşınların əsaslı təmiri üçün ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, Dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına asan login vasitəsilə (elektron imza və ya asan imza) daxil ola və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə edə bilərlər.
 İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
 Üstünlük veriləcək meyarlar: 
-ən sərfəli qiymət,yüksək keyfiyyət (mənşə sertifikatları təqdim olunaraq orijinal ehtiyat hissələri, “Mercedes-Benz” şirkəti tərəfindən istifadəyə icazəli sürtkü yağları,”Mercedes-Benz” 229.5/.51, 228.5/.51 nömrəli göstəriş vərəqələri,”Mercedes-Benz” markalı avtomaşınlar üçün avtoşinlər, Avropa istehsallı digər markalı avtomaşınlar üçün avtoşinlər, Avropa və ya Rusiya istehsallı, akkumulyatorlar, xarici, MDB ölkələri istehsallı istisna olmaqla), bu sahədə peşəkarlıq,maliyyə imkanları və malların qrafikə uyğun təhvili.
Potensial imkanları olan iddiaçılar aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.Lot-1,Lot-2, Lot-3, Lot-4 üçün iştirak haqqı 200 manat, Lot-5 üçün isə iştirak haqqı 100 manatdır.
 “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialı
Kod- 805056
VÖEN- 9900001881
M/h -AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ2X
Hh-AZ42İBAZ38060019446270517209
Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Publik Hüquqi Şəxsi
VÖEN- 1700293201
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək istəyən bütün iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı,yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə imzalanıb möhürlənmiş olmalıdır);
-iştirak haqqının ödənilməsi barədə sənəd;
-tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);
- bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır. 
-Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
-müqavilənin yerinə yetirilməsi təminatı 2 faiz (iddiaçının təklifi 100000 ABŞ dolları manat ekvivalentindən çox olarsa);
-müvafiq mallar və xidmətlər üzrə mənşə və üyğunluq sertifikatları.
 Tenderdə iştirak etmək istəyən iddiaçılar ixtisas göstəricilərinə aid yuxarıda göstərilən sənədləri 21 aprel 2020-ci il saat 18.00-a , tender təklifi ilə bank təminatını isə 30 aprel 2020-ci il saat 18.00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 1 may 2020-ci il saat 18.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.

 

Tender komissiyası

7 Aprel 2020 00:17 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
2 Dekabr 2021 | 08:06
ELAN
2 Dekabr 2021 | 07:57
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə