Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fəal Yaşlanma layihəsi #evdəqal kampaniyasına qoşulur

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi son günlərin ən aktual və vacib təşəbbüsü olan, vətəndaşları ehtiyac olmadığı təqdirdə evdən çıxmamağa səsləyən #evdəqal kampaniyasına qoşulur.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  təşəbbüsünün nəticəsi olan layihə yaşlıların rifahının yaxşılaşdırılması, fəal və sağlam həyat tərzi keçirmələrinin təmin edilməsi, fəal yaşlanmanın təbliği məqsədilə aparılan dövlət siyasətinə dəstək məqsədi daşıyır.

“Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsiçərçivəsində “Üçüncü Bahar” İctimai Birliyinin dəstəyi ilə layihənin hədəf qrupunu təşkil edən yaşlı və ahıl şəxslər üçün müxtəlif mövzularda onlayn məşğələ və vebinarların keçirilməsi nəzərdə tutulur. Həmçinin  sosial təcrid şəraitində yaşlıların asudə vaxtının səmərəli təşkili üçün həmyaşıdları ilə onlayn birgə müzakirələrin aparılması, eləcə də onların iştirakı ilə bir sıra silsilə həvəsləndirici videoçarxların və tövsiyə xarakterli animasiya çarxlarının çəkilərək sosial şəbəkələrdə yayımlanması planlaşdırılır.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

1 Aprel 2020 14:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə