Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rus alimlərinin koronavirusu məhv edən ixtirası

Rusiyanın “Skolkovo” mərkəzinin alimləri bakteriya, göbələk və viruslara qarşı səmərəli mübarizə aparmağın yolunu tapıblar.

Məlumata görə, bu yolla koronovirusu da məhv etmək olar. Söhbət soyuq plazma halına salınmış sudan gedir. Ona “Meqnaril” adı verilib.

Alimlərin sözlərinə görə, müəyyən kimyəvi proseslər sayəsində “aqresiv” oksigen və hidrogen formaları yaranır və bu məhlul virus hüceyrələrini məhv edə bilir.

Qeyd etmək lazımdır ki, maskaların və fərqli səthlərin təmizlənməsi üçün istifadə edilməsi mümkün olan bu maye insana təhlükə yaratmır və olduqca ucuzdur.

Hal-hazırda alimlər ixtira ilə bağlı müvafiq patentin alınması ilə əlaqədar işlər görür.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 

1 Aprel 2020 13:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə