Ən son xəbərlər
Martın 30-u axşam saatlarından başlayaraq şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə Qubanın Qırız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub. Qrız kəndində qarın hündürlüyü 10 santimetrə, Xınalıqda isə 2 santimetrə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək aşağı enib.
M.HACIXANLI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə