Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC “Qusar rayonu Zuxul kəndinin həyətyanı və əkin sahələrinin su təminatının yaxşılaşdırılması işlərinin”, “Ağstafa rayonu Muğanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması”, “Biləsuvar rayonu Çinarlı təsərrüfatının əkin sahələrinin su təminatının yaxşılaşdırılması” və “Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədilə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası” (II Şıxlı) obyektlərinin tikintisinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur kı, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyatı işlər üzrə ixtisas uyğunluğu;
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.
Əlaqələndirici şəxs – Emin Quliyev. 
 Ünvan - Bakı şəhəri, Moskva prospekti 69a. 
Təşkilat -Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti . 
E-mail: [email protected]
Telefon -431-08-64; Faks 430-79-57.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər lot üçün 200 (iki yüz) manat məbləğdə vəsait ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti 
VÖEN - 1300300711 
H/h - AZ 10 IBAZ 380700194497 16100216 
“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı
 M/h- AZ03NABZ01350100000000002944,
VÖEN- 9900001881 
SWIFT - IBAZAZ2Х (AZIPS-in üzvü)
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1(bir) faizi məbləğində tender təklifinin təminatı (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 60(altmış) bank günü çox olmalıdır);
- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;
- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış ;
- son maliyyə dövrünə olan məlumatı əks etdirməklə iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən maliyyə hesabatının surəti,; 
- maliyyə vəziyyəti barədə bank arayışı;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;
- qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri ,dövlət reyestrindən çıxarışın, nizamnamənin və şəhadətnamənin surəti.
İddiaçılar qeyd olunan sənədləri 10 aprel 2020-ci il saat 18 .00-а qədər tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər. 
İddiaçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 23 aprel 2020-ci il saat 18 .00-а qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet elektron portalında qəbul olunmayacaqdır.
Təklif zərfləri 24 aprel 2020-ci il saat 12 .00-dа açılacaqdır .

 

Tender komissiyası

19 Mart 2020 00:54 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə