Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İrkutskda 21 yaşayış məntəqəsi işıqsız qalıb

Rusiyanın İrkutsk vilayətində əlverişsiz və qasırğalı hava şəraiti elektrik verilişi xətlərini sıradan çıxarıb. Nəticədə 10 mindən çox əhalisi olan 21 yaşayış məntəqəsi işıqsız qalıb.

Vilayətin Tayşetsu, Bratsk və Kraçinsk-Lensk rayonlarında gərginlik davam edir.

Elektrik enerjisinin verilişini bərpa etmək üçün 7 qəza briqadası və 7 ədəd texnika hadisə yerinə cəlb edilib.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

17 Mart 2020 16:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə