Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TAP layihəsi üzrə işlərin 93,5 faizi tamamlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 93,5 faizi yekunlaşıb.

Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, hazırda boru kəməri tikinti mərhələsindədir. TAP-ın inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur.

Qeyd edək ki, TAP-ın inşası çərçivəsində “Saipem” şirkətinin “Castoro 6” borudüzən gəmisi İtaliyanın San Foka bölgəsində işlərə başlayıb. Uzunluğu 152 metr və eni 70,5 metr olan bu gəmi TAP-ın Adriatik dənizindəki 105 kilometrlik hissəsində, yəni İtaliyadan Albaniyayadək hissədə boruları inşa edəcək.

V.BAYRAMOV,
“Xalq qəzeti”

17 Mart 2020 15:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə