Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerikalı jurnalist və təhsil eksperti Steven Roy Qudman Teleradio Akademiyasının qonağı olub

Kolumbiya mahalı Universiteti tərəfindən hazırlanan “Higher Education Today” proqramının aparıcısı və müəllifi, həmçinin yüksək beynəlxalq nüfuza malik təhsil eksperti Stiven Roy Qudmanın iştirakı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Teleradio Akademiyasında seminar təşkil edilib.

Seminarda televiziya əməkdaşları iştirak edib. S.R.Qudman jurnalistika sahəsindəki təcrübəsini paylaşmaqla yanaşı, həm də təhsil strategiyaları ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb. Seminar zamanı müsahibənin təşkili və aparılması zamanı ortaya çıxan problemlər, həmçinin onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Steven Roy Qudman bakalavr təhsilini Duke Universitetində İctimai siyasət (Public policy) ixtisası üzrə alıb. Cənubi Karolina Universitetindən hüquq dərəcəsinə malikdir. “Ali Təhsil” (Higher Education) üzrə magistr dərəcəsini isə Pensilvaniya Universitetində əldə edib. “College Admissions Together: It Takes a Family”, “College Success Stories That Inspire” adlı kitabların müəllifidir. Aparıcısı olduğu “Higher Education Today” adlı proqram isə müasir təhsil məsələlərinə münasibətdə əhatəli yanaşma ortaya qoyduğu üçün 6 dəfə “Telly” mükafatına layiq görülüb.

Bununla yanaşı, “The New York Times”, “The Wall Street Journal”, “The Washington Post”, “The Philadelphia Inquirer”, and “The Chicago Tribune” kimi nüfuzlu nəşrlər onun araşdırmalarına istinad edib. Həmçinin, ABC, CBS, CNN, FOX televiziyalarında təhsil strategiyaları ilə bağlı müsahibələrinə geniş yer verilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 Mart 2020 12:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə