Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da yaşayan memar-rəssam soydaşımız

ABŞ-da yaşayan memar- rəssam soydaşımız Yavər Rzayev 1962-ci ildə Ağdam şəhərində dünyaya göz açıb. 1979-cu ildə 6 nömrəli məktəbdə orta təhsilini başa vurub. 1980-1982-ci illərdə hərbi xidmətdə olub. 1983-cü ildə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakultəsinə qəbul olunub.

Yavər  2 il sonra təhsilini davam etdirmək üçün keçmiş Çexoslavakiyanın Bratislava şəhərindəki Ali Texniki Universitetə göndərilib. Orada 4 il oxuyaraq memar-mühəndis ixtisasına yiyələnib. 1989-1991-ci illərdə həmin universitetin memarlıq layihəsi kafedrasında müəllim işləyib.

Soydaşımız 1991-1996-cı illərdə Meksikada yaşayıb. 1996-cı ildə doğma vətənə, Bakıya dönüb. 2000-ci ildə ABŞ-a köçüb, Vaşinqtonda çalışıb. Sonrad “The Gate House” adlı tikinti və memarlıq şirkəti yaradıb və ona rəhbərlik edir. 2006-cı ildən ABŞ-ın yay paytaxtı sayılan Delever ştatının kurort şəhəri Rehoboz Biçdə yaşayır. Rəhbərlik etdiyi şirkət imkanlı amerikalılar üçün fərdi villaların tikintisi ilə məşğul olur.

Yavərin tək övladı 27 yaşlı Emil ı Meksika Dövlət Universitetinin musiqi və bəstəkarlıq fakultəsini bitirib. Hazırda magistraturada təhsil alır. Emilin diplom işi muğam, Azərbaycan klassik bəstəkarlarının musiqisi mövzusunda olub.

Bugün 58 yaşı tamam olan Yavər Rzayev deyir: “Qarabağ mənim yaralı yerimdir. Gecələr yuxularımda doğulduğum Ağdamı görəndə ürəyim tir-tir əsir. İnşallah, torpaqlarımız işğaldan azad olsun, bölgədəki rayonların yenidən qurulmasında öz layihələrimlə iştirak etməyə hazıram”.

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

17 Mart 2020 12:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə