Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İranda koronavirusa yoluxduğunu gizlədəni 1 il həbs gözləyir

“İranda koronavirusa yoluxduğunu gizlədən şəxslər bir il müddətinə azadlıqdan məhrum olunacaq”. Bunu İranın Məhkəmə Sistemi cinayətlərin qarşısının alınması və sosial məsələlər üzrə idarəsinin bölmə direktoru Rza Məsudifər deyib.

O, koronavirus epidemiyasının qarşısının alınmasına dair tövsiyələrə əməl olunmamasını ümumxalq sağlamlığa təhlükə olduğunu və bunu edənlərin cəzalandırılacağını bildirib. 

Kütləvi yığıncaqlarda epidemiyanın yayılma ehtimalının çox olduğunu deyən R.Məsudifər qeyd edib ki, sərgilər, satış yarmarkaları və mağazalar virusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görməsələr, həmçinin Səhiyyə Nazirliyinin gösətrişlərinə əməl etməsələr, Tehran Tibb Universiteti və Səhiyyə Nazirliyinin şikayəti əsasında həmin müəssisə və mağazalara qarşı cəmiyyətdə kütləvi sağlamlığa təhlükə ittihamı ila cinayət işi açılacaq.

R.TAHİR,
“Xalq qəzeti”

17 Mart 2020 12:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə