Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-fevral aylarında əsas kapitala 2 milyard dollara yaxın vəsait yönəldilmişdir

2020-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1965,2 milyon manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 58,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, ümumi sərmayənin 68,3 faizi məhsul istehsalı sahələrinə, 20,6 faizi xidmət sahələrinə, 11,1 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 58,3 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,3 faiz, büdcə vəsaitləri 17,1 faiz, əhalinin şəxsi vəsaitləri 7 faiz, bank kreditləri 5,1 faiz, sair vəsaitlər 3,1 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,4 faiz təşkil etmişdir.

Samirə Əliyeva,
“Xalq qəzeti”

17 Mart 2020 12:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə