Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell”in xidmət mərkəzlərində koronavirusla əlaqədar xüsusi iş rejimi elan edilir

Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, həmçinin, dövlət və özəl sektora aid qurumların fəaliyyəti üçün xüsusi qaydaların işlənib hazırlanmasına dair qərarına uyğun olaraq “Azercell Telekom” MMC ofis və xidmət mərkəzlərində xüsusi iş rejimini tətbiq edir. 
Bakı və bölgələrdə çalışan müştəri xidməti mərkəzləri, “Azercell Eksklüziv” və “Azercell Ekspres” ofisləri, eləcə də, “Azercell”in rəsmi diler məntəqələri fəaliyyətini davam etdirərək hər gün saat 09:00-dan 18:00-a qədər müştərilərə xidmət göstərəcəklər. Eyni zamanda, virusdan qorunmaq məqsədilə bütün ofislər qoruyucu maska, əlcək, antiseptik vasitələrlə təmin edilir, ofislərdə mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir. 
Bununla yanaşı, ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə olaraq “Azercell Telekom” abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının mövcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir: 

• Online Müştəri Xidmətləri https://www.azercell.com/az/;
• “Kabinetim” Mobil tətbiqi və onun tərkibindəki çat xidməti https://www.azercell.com/my/login;
• “Azercell”in rəsmi Facebook, Twitter və Instagram səhifələri;
• Azercell Telefon Mərkəzi:
- Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər və ya 6565 qısa nömrəsinə
- Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər və ya 2002 qısa nömrəsinə.

Qeyd etmək lazımdır ki, yaranmış vəziyyətlə bağlı şirkətin fəaliyyətində müştəri məmnuniyyətinə təsir edə biləcək heç bir texniki problem və ya ləngimə nəzərdə tutulmur və “Azercell”in bütün texniki heyəti, müştəri xidməti mərkəzləri, həmçinin, məsul vəzifələri icra edən departament rəhbərləri və şirkət prezidenti xüsusi iş rejimində fəaliyyətlərini davam etdirəcəklər.

 

“Xalq qəzeti”

17 Mart 2020 21:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə