Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Qovlar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndləliyi küçə və parkların süpürülüb təmizlənməsi, zibillərin daşınması və parklarda gül kollarının əkilməsi işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək olar. Əlaqələndirici şəxs- Vəliyeva Fəxrənduz Teymur qızı.
Ünvan- Tovuz rayonu ,Qovlar şəhəri.
E-mail- [email protected]
Telefon-077-328-65-75.
Tender 1(bir) lot üzrə keçiriləcəkdir.
Lot -1 . Küçə və parkların süpürülüb təmizlənməsi, zibillərin daşınması və parklarda gül kollarının əkilməsi işlərinin satın alınması.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri-
Qovlar şəhər ŞiƏD üzrə icra nümayəndəsi
 • H/h- AZ46CTRE
00000000000002513533
• VÖEN- 7300155331
• Bank- Dövlət Xəzinədarlığı Agentliyi
• VÖEN- 1401555071
• Kod- 210005
• M/h- AZ41NABZ
01360100000000003944
• S.W.İ.F.T- BİK CTREAZ 22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
-Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;
- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 8 aprel 2020-ci il saat 17.00 -a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 16 aprel 2020-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri zərfləri 17 aprel 2020-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır.

17 Mart 2020 02:05 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə