Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə, Fransa və Almaniya liderlərinin sammiti telekonfrans rejimində keçəcək

Martın 17-nə təyin olunmuş Türkiyə, Fransa və Almaniya liderlərinin üçtərəfli görüşü telekonfrans rejimində keçəcək.

Türkiyə KİV-ləri xəbər verirlər ki, bu barədə qərar dünyada koronavirusun (COVİD-19) yayılmasına qarşı tədbilər çərçivəsində qəbul edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel telekonfrans zamanı Suriyanın İdlib şəhərində vəziyyətin nizamlanmasını, qaçqınlar problemini və Türkiyə-Ai münasibətlərini müzakirə edəcəklər.

“Xalq qəzeti”

14 Mart 2020 13:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə