Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çində koronavirusdan ölənlərin sayı 3189 nəfərə çatıb

Ötən sutka ərzində Çində COVİD-19 koronavirusuna daha 11 nəfər yoluxub.

Virusa yoluxanlardan 13 nəfəri dünyasını dəyişib, 1430 nəfər isə sağalaraq evə buraxılıb.

Məlumata əsasən, Çində koronavirusa yoluxanların ümumi sayı 80 824 nəfər, sağalanların sayı 65 541 nəfər, ölənlərin sayı isə 3189 nəfər təşkil edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-i COVİD-19 koronavirusunu pandemiya elan edib. Dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub. Onların əksəriyyəti sağalıb, lakin 5 mindən artıq xəstə dünyasını dəyişib.

“Xalq qəzeti”

14 Mart 2020 13:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə