Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peter Kimpian: Azərbaycan şəxsi məlumatların müdafiəsi üzrə qanunvericiliyini 108 saylı Konvensiyaya uyğun formalaşdırır

Avropa Şurasının məlumatların müdafiəsi qrupunun müşaviri Peter Kimpian “Rəqəmsal hüquq: şəxsi məlumatların müdafiəsi” adlı tədbirdə bildirib ki, Azərbaycan şəxsi məlumatların müdafiəsi üzrə qanunvericiliyini 1981-ci il yanvarın 28-dən qüvvədə olan 108 saylı Konvensiyaya uyğun formalaşdırır.

Müşavir qeyd edib ki, həmin Konvensiya bütün ölkələrə şamil olunur və Azərbaycanla yanaşı 55 ölkə həmin sənədi imzalayıb.

Şəxsi məlumatların müdafiəsi barədə Avropa konvensiyasına dəyişikliklərin edilməsi barədə 2018-ci il oktyabrın 10-da Protokol imzalanıb: “Protokol imzalanması üçün bütün dövlətlərə, o cümlədən Avropa Şurasının üzvü olmayan dövlətlər üçün açıqdır. Protokolun siyasi əhəmiyyəti yüksəkdir. Sənəddə şəxsi məlumatların müdafiəsinin beynəlxalq təminatı öz əksini tapıb ki, bu da qlobal rəqəmsallaşma şəraitində mühüm əhəmiyyət kəsb edir”.

“Xalq qəzeti”

14 Mart 2020 12:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə