Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva Milli Məclisdə bir sıra önəmli təkliflər səsləndirib

Deputat Qənirə Paşayeva Milli Məclisin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş işlər planının müzakirəsi zamanı bir sıra vacib məsələlərə toxunub və təkliflərlə çıxış edib. Q.Paşayeva işğal altında olan ərazilərimizlə bağlı qanun lahiyəsinin qəbulunun vacibliyinə toxunub.

Distant təhsilin genişlənməsinin vacibliyi, bu məsələnin qanunvercilikdə öz əksini geniş tapmasının önəmini vurğulayan Q.Paşayeva tələbələri və onların ailələrini maraqlandıran və narahat edən ən mühüm məsələlərdən biri olan təhsil kreditlərinin genişləndirilməsi məsələsinin qanunvericilikdə öz əksini tapmasının vacibliyini də vurğulayıb və bu məsələnin reallaşmasının aktuallığı ilə bağlı fikirlərini bölüşüb. Həmçinin o, bu məsələlərlə yanaşı 2020-ci ilin yaz sessiyası dövründə autizmli uşaqlarla bağlı məsələnin də Milli Məclisin diqqətində olmasının vacibliyini vurğulayıb. Autizmli uşaların sayının getdikcə artdığını deyən Q.Paşayeva “bu ailələr qanunverici orqandan dəstək gözləyir”-- deyib.

Komitə sədri, həmçinin bir sıra qəbul olunmuş qanunların və ya onların bir sıra maddələrinin bu günə qədər həyata keçirilməməsinin doğurduğu narahatlıqlar barədə də danışıb və həmin məsələlərlə bağlı müvafiq qurumlarla həmin qanunların və ya maddələrin işləməsi üçün ciddi müzakirələrə ehtiyac olduğunu deyib. ”Qanunla qadağan olunsa da bu gün hər yerdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır, məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir, qapalı yerlərdə, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir”-- deyən Q.Paşayeva “qanunda öz əksini tapan bu məsələlərin həyata keçirilməsi istiqamətində əlaqədar qurumlarla müzakirələr aparılmalı və qəbul olunan qanunlar həyata keçirilməlidir”-- deyib.

Q.Paşayeva “cənab Prezidentin 6-cı çağırış Milli Məclisinin ilk iclasındakı çıxışı, orada verilən önəmli mesajlar  hər birimiz üçün örnəkdir”-- deyib və çıxışında qaldırdığı məsələlərə də yaz sessiyası çərçivəsində baxılmasını təklif edib.

Z.BƏŞİRQIZI,
”Xalq qəzeti”

14 Mart 2020 12:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə