Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ICESCO: AZƏRTAC koronavirusla mübarizəyə dair təşkilatın məlumatını operativ yayan beş agentlikdən biridir

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) koronavirusla mübarizə üzrə təşkilatın fəaliyyətini operativ işıqlandıran beş informasiya agentliyindən birinin də AZƏRTAC olduğunu bəyan edib. 
ICESCO-nun Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Hebreyesusun tövsiyələrini dəstəkləyən bəyanatında deyilir ki, təşkilatın COVID-19 virusuna qarşı vaksin üçün pul mükafatı təsis etməsi xəbərini Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Çinin Sinxua, Türkiyənin Anadolu, Səudiyyə Ərəbistanının SPA, Birləşmiş Ərəb Əmirliklərinin WAM agentlikləri operativ şəkildə və bir neçə dildə yayıblar. 
Təşkilatın bəyanatında DST-nin məktəblərdə və universitetlərdə tədris prosesinin dayandırılması təşəbbüsü dəstəklənir. Qeyd olunur ki, koronavirusa qarşı vaksin tapılması istiqamətində alimlərin tədqiqatına hərtərəfli dəstək göstərilməlidir. 

 

Oqtay BAYRAMOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

13 Mart 2020 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə