Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirlər Kabineti yanında operativ qərargahın müşavirəsi keçirilib

Martın 13-də Nazirlər Kabineti yanında operativ qərargahın müşavirəsi keçirilib. 
Operativ qərargahdan AZƏRTAC-a bildiriblər ki, iclasda COVID-19 virusu pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə müzakirələr aparılıb. Nazirlər Kabinetinin müşavirəsində təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib. Qəbul olunmuş qərarlar əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. COVID-19 virusunun daha geniş yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir. 
Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq bütün öhdəlikləri yerinə yetirir. 

13 Mart 2020 22:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə