Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə Şəhər İcra Hakimiyyəti tabeliyindəki məktəbəqədər müəssisələr üçün ­ 2020-ci ildə alınacaq mal – materialların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 5 lot üzrə keçiriləcəkdir.
Lot – 1. 221500–yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması.
Lot – 2. 311150–maşın və avadanlıqların satın alınması.
Lot – 3. 221100–dəftərxana və təsərrüfat xərclərinin satın alınması.
Lot – 4. 311900–sair torpaq, tikili və avadanlıqların satın alınması.
Lot – 5. 312120–əsaslı təmir işlərinin görülməsinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
 İddiaçılar tenderdə iştirak etmək üçün lot -1 və lot-4 üçün hər birinə 80 manat, lot -2 və lot -5 üçün hər birinə 100 manat və lot -3 üçün isə 50 manat ödəməlidirlər.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
 Təşkilat- Gəncə Şəhər İcra Hakimiyyəti 
 H/h- AZ24CTRE
000000000000025106
 VÖEN- 2300571241
 BANK- “KAPITAL BANK “ ASC-nin Gəncə filialı
 Kod- 200275
 VÖEN-9900003611
 M/h- AZ37NABZ
01350100000000001944
 S.W.I.F.T. BİK AİİBAZ 2X
 İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 -iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
 -tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); 
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
-peşəkarlığı,təcrübəsi,texniki imkanları,idarəetmə səriştəsi və etibarlığı barədə məlumatlar;
 -son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat. 
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 20 aprel 2020-ci il saat 18.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 29 aprel 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 30 aprel 2020-ci il saat 10.00-da açılacaqdır. 
İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər. 
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. E-şərtlər toplusunu 2020-ci il martın 13-dən sonra əldə etmək olar.
Əlaqələndirici şəxs –Alidə Həsənova, telefon- 022-266-25-21.

 

13 Mart 2020 01:40 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
2 Dekabr 2021 | 08:06
ELAN
2 Dekabr 2021 | 07:57
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə