Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi” Publik Hüquqi Şəxsi malların (işlərin və xidmətlərin) satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Lot-1. Səhiyyə Nazirliyinin istifadəsində olan informasiya sistemlərinin proqram təminatı kompleksinə texniki xidmətlərin göstərilməsinin satın alınması .
Tender iştirakçılarına təklif olunur ki, yuxarıda qeyd edilən işlərin yerinə yetirilməsi üçün öz təkliflərini möhürlənib imzalanmış ikiqat zərflərdə yazılı surətdə aşağıda göstərilən ünvana təqdim etsinlər.
Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq məqsədilə iştirakçılar 200 manat məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra, tender sənədlərini “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi” Publik Hüquqi Şəxsdən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a, telefon- 596-11-39, əlaqələndirici şəxs- Ramil İsmayılovdur) ala bilərlər.
Təşkilat-“Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi “PHŞ
VÖEN-1401798401
DXA
Kod 210005 
H/h -AZ97CTRE
00000000000002128204
M/h-AZ41NABZ
01360100000000003944
S.W.I.F.T.BİK-CTREAZ22
VÖEN-1401555071
Fond -7, maddə- 142330
Tenderdə əsas şərtlər toplusu Azərbaycan dilindədir.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşagıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı;
 - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
 - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
 - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
 - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
 - iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
 - digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifi Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satın­almaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiacılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 aprel 2020–ci il saat 16.00-­a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 20 aprel 2020-ci il saat 14.00-a qədər “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi” PHŞ-yə, Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri 23 aprel 2020-ci il saat 14.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

13 Mart 2020 01:37 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə