Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs dəftərxana ləvazimatlarının satın alınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Dəftərxana ləvazimatlarının satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (Portal) elektron imza vasitəsilə daxil olsunlar va tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Portal vasitəsi ilə əldə edə bilərlər.
Satınalan təşkilat- “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” Publik Hüquqi Şəxs
VÖEN- 1304673921
Bank- “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi 
Ünvan- Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193
Kod- 507699
VÖEN (bank)- 9900006111
SWIFT-AZRTAZ22
M/h- AZ02NABZ
01350100000000022944
H/h- AZ98AZRT
38060019440028835001
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri Portal vasitəsilə 3 aprel 2020-ci il saat 17.00-dək təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
- iddiaçının müvafiq mallar üzrə istehsalçı tərəfdən təqdim olunmuş tərəfdaşlıq və uyğunluq sertifikatları;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunan tender təkliflərinə baxılmayacaqdır. 
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatının (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır) Portala yüklənməsinin son tarixi və vaxtı 13 aprel 2020-ci il saat 17.00-dır.
Təkliflərin açılışı tarixi və vaxtı 14 aprel 2020-ci il saat 11.00-dır.
İddiaçılar açılışın nəticələrini Portal vasitəsilə izləyə bilərlər.
Tender təklifləri qiymətləndirilib müqayisə edilərkən “Əsas şərtlər topIusu”nda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.
İddiaçıların tender təklifi, həmçìnin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

 

Tender komissiyası

13 Mart 2020 01:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə