Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2020-ci il üçün kazarma və mebel inventarlarının satın alınması məqsədilə Açıq Tender Elan Edir

İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar. Təkliflərin qiymətləndirilməsində malların keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar və texniki xüsusiyyətlərə (vacib texniki ­xüsusiyətlərə) uyğun hazırlanmış ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Yerli malların xeyrinə tətbiq olunan güzəştli düzəlişin həcmi xaricdən idxal edilən eyni malların təklif olunan qiymətinin (malların idxalı ilə bağlı bütün gömrük ödənişləri, nəqliyyat və sığorta xərcləri, işlərə və xidmətlərə münasibətdə isə vergilər və qanunla müəyyənləşdirilən digər xərclər nəzərə alınmaqla) 20 faizi həcmində qəbul ediləcək və həmin məbləğ xaricdən idxal olunan malların (işlərin və xidmətlərin) qiymətinin üzərinə əlavə ediləcəkdir.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. İddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri açıq tenderdə iştirak edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar 150 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
B1. Benefisiar (alan) bank
Adı - Dövlət Xəzinədarlığı Agentliyi
Kod - 210005
VÖEN - 1401555071
M/h - AZ41NABZ
01360100000000003944
SWIFT BIK CTREAZ22
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı – DİN-in Daxili Qoşunlarının Baş İdarəsi
H/h - AZ44CTRE
00000000000002458570
VÖEN - 1500426471
D3. Büdcə təsnifatının kodu - 142330
D4. Büdcə səviyyəsinin kodu - 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, bank rekvizitləri, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
 - tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır). Bank təminatını təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat (tələb olunan malların satınalınması üzrə təcrübəsi, ixtisaslı kadr və texniki imkanları, işçi qüvvəsinin olması barədə məlumatları malgöndərən (podratçı) uçotdakı vergi orqanından alır);
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- malgöndərən (podratçı) satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 7 aprel 2020-ci il saat 16.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 15 aprel 2020-ci il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təklifləri 16 aprel 2020-ci il saat 16.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
İddiaçılar təklif olunan mallardan 1 (üç) ədəd, (dəst, cüt və s.) nümunə 7 aprel 2020-ci il saat 16.00-a qədər Daxili Qoşunların Baş İdarəsinə təqdim etməlidirlər (nümunələr istehsal və satış yerlərində təqdim oluna bilər). Təqdim olunan nümunələr şərtlər toplusunda qeyd edilən texniki xüsusiyyətlərə (vacib texniki şərtlərə) əsasən hazırlanmalı, qəbul zamanı sifarişçi və malgöndərən tərəfindən möhürlənib təsdiq olunmalıdır.

12 Mart 2020 00:00 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə