Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacıqabul Rayon İcra Hakimiyyəti 2020-ci ildə şəhərdə abadlıq işlərinin, şəhər mənzil fondunun və şəhər yollarının əsaslı təmiri işlərinin satın alınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot- 1. 2020-ci ildə Hacıqabul şəhərində abadlıq işlərinin satın alınması.
Lot- 2. 2020-ci ildə Hacıqabul şəhərində mənzil fondunun əsaslı təmiri işlərinin 
satın alınması.
Lot-3. 2020-ci ildə Hacıqabul şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqavilə il ərzində yerinə yetirilməlidir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Hacıqabul rayonu, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 7 nömrəli ünvanda Hacıqabul Rayon İcra Hakimiyyətindən ala bilərlər. Əlaqələndirici şəxs- Salman Mirağa oğlu Zamanov, telefon- /021/ 204-29-46).
İştirak haqqı hər bir lot üçün 100(yüz) manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat- Hacıqabul Rayon İcra Hakimiyyəti
Hh- AZ78AİİB32051019446300201163
VÖEN - 8100027051 
Bank- “Kapital Bank”ASC-nin Hacıqabul filialı
Kod- 200639
Mh- AZ37NABZ1350100000000001944
VÖEN- 9900003611
S.W.İ.F.T. BİK- AİİBAZ 2x
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);
- bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarının arayışı.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 aprel 2020-ci il saat 15.00-dək təqdim etməlidirlər.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 23 aprel 2020-ci il saat 15.00-dək təqdim etməlidirlər.
Təklif zərfləri 24 aprel 2020-ci il saat 15.00-da Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasında, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 7 nömrəli ünvanda açılacaqdır.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

 

Tender komissiyası

11 Mart 2020 02:08 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə