Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC təhsil obyektlərinin layihə-smeta sənədlərinin hazırlanması üçün AÇIQ TENDER ELAN EDİR

Lot- 1. Binəqədi rayonu, 9-cu mikrorayondakı 144 saylı orta məktəb binasının əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot- 2. Nəsimi rayonu, 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülüb yenidən inşaasının layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot- 3. Xətai rayonu, 263 nömrəli orta məktəbin üçmərtəbəli korpusunun bərpa-gücləndirilməsinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot- 4. Xətai rayonu, 263 nömrəli orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərin sökülərək yeni korpusların (idman və iclas zalı ilə) inşaasının layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot- 5. Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi 141 saylı orta məktəbin köhnə korpusunun sökülüb yenidən inşaasının layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot- 6. Sabunçu rayonu, Zabrat qəsəbəsi 307 saylı orta məktəb binasının əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdır. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsil təqdim edə bilərlər. (əlaqələndirici şəxs- Əhməd Məmmədov, 496-52-04).
İştirak haqqı hər bir lot üçün 100 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: 
Təşkilat – Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti 
Hh- AZ22IBAZ
38030019446253269215 
 VÖEN- 1702563281 
Kod- 805625 
VÖEN-9900001881 
M/h-AZ03NABZ
01350100000000002944 
SWİFT- IBAZAZ2X 
İştirak haqqı heç bir halda qeri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə; 
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
 - tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır); 
- tender təklifi qiymətlərin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
 - Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
 - iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış; 
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
 - müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 23 aprel ­2020-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 29 aprel 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 30 aprel 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
 QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

 

Tender komissiyası

11 Mart 2020 02:08 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə