Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 2020-ci il üçün teatr binasının fasad hissəsinin təmiri və bərpası işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. teatr binasının fasad hissəsinin təmiri və bərpası işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 150 (bir yüz əlli) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az saytından (əlaqələndirici şəxs-Yuriy Çingizoviç Babayevdən, telefon- (012) 493-61-05) əldə edə bilərlər.
Təşkilat- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
H/h- AZ82İBAZ
38090019449327254120
VÖEN-1400312651
Bank-“ABB Premyer” Müştəri Xidməti
Kod-805250
VÖEN-9900001881
M/h- AZ03NABZ
01350100000000002944
SWIFT: İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanlarından arayış;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi ,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir. Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla 20 aprel 2020-ci il saat 17.00-a, tender təklifi və bank zəmanətini isə 28 aprel 2020-ci il saat 19.00-dək möhürlənmiş, ikiqat zərfdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına (Ünvan- Bakı şəhəri, 28 May küçəsi 8) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 29 aprel 2020-ci il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

11 Mart 2020 02:07 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə