Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda daha bir beynəlxalq turnir keçirilir

5-8 Mart tarixlərində paytaxtın Boks İdman Mərkəzində 11-ci "Baku Open" Beynəlxalq Karate Turniri keçirilir.

Sportline.az xəbər verir ki, turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunur. Yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edirlər.

Fərdi və komanda yarışlarında yerli idmançılarla birgə Türkiyə, Malayziya, Misir, Gürcüsütan, İsveçrə və Rusiyadan 698 idmançı iştirak edir.

5 martda böyüklər və veteranlar, ertəsi gün 16-17 yaşlı və 18-21 yaşlı gənclər, 7 martda 14-15 yaşlı yeniyetmələr, bazar ügünü isə 613 yaşadək uşaqlar mübarizə aparır.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

7 Mart 2020 11:52 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə