Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan hökuməti “COVID-19 müraciəti” Fonduna maliyyə yardımının verilməsi barədə qərar qəbul edib

Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikası hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə 
ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası ­
ÜST-ün qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-ün ­COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.
Azərbaycan Respublikasının ÜST-lə səmərəli əməkdaşlığı davam edir və martın 8-də qurumun ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.

6 Mart 2020 21:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə