Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Baş Naziri ukraynalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Ukraynanın Baş Naziri təyin edilməsi münasibətilə Denis Şmıqala təbrik məktubu göndərib. Nazirlər Kabinetindən AZƏRTAC-a 
bildiriblər ki, məktubda deyilir: 

“Ukraynanın Baş Naziri vəzifəsinə təyin olunmağınız münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız dövlətlərarası münasibətlərimizin inkişafı üçün möhkəm bünövrədir. İkitərəfli əlaqələrimizin, strateji əməkdaşlığımızın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımlar atacağımıza ümidvar olduğumu bildirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.

6 Mart 2020 21:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə