Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRTAC və TRT əməkdaşlığın genişləndirilməsində maraqlıdır

AZƏRTAC və Türkiyənin TRT televiziya şirkəti əməkdaşlığın genişləndirilməsində maraqlıdır. 
İkitərəfli əlaqələrlə bağlı məsələlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun TRT-nin xaricdə yayım departamentinin rəhbəri Süleyman Erdal və telekanalın Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Akkoç ilə görüşündə müzakirə olunub. 
Görüşdə iki ölkə mediasının yaxın münasibətlərindən, informasiya sahəsində birgə fəaliyyətdən, AZƏRTAC və TRT arasında əməkdaşlığın perspektivlərindən bəhs edilib. Vurğulanıb ki, AZƏRTAC Türkiyə mətbuatı ilə əlaqələrin inkişafını daim prioritet hesab edir. Bu baxımdan Anadolu Agentliyi ilə sıx dostluq və tərəfdaşlıq əlaqələri örnək sayıla bilər. Hər iki agentlik beynəlxalq informasiya məkanında da bir-birinə hərtərəfli dəstək verir. 
AZƏRTAC və TRT televiziyası da uzun müddətdir ki, yaxından əməkdaşlıq edirlər. Telekanalın Azərbaycan nümayəndəliyi ilə agentlik arasında informasiya və video mübadiləsi aparılır, AZƏRTAC-ın əməkdaşları mütəmadi olaraq TRT-nin jurnalistlər üçün təşkil etdiyi təlim proqramlarına dəvət olunurlar. 
Görüşdə qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafına medianın daha böyük töhfə verəcəyinə əminlik ifadə edilib.

6 Mart 2020 20:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə