Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir

Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident ­İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni, həm də nümunəvi inkişaf modeli təqdim edir. Bu modelin əsas komponentlərindən biri isə təbii ki, konkret hədəflərə və məqsədlərə hesablanan, sosial inkişafı özündə ehtiva edən islahatlardır. Respublikamızın tarixi inkişaf yoluna nəzər salsaq, son 16 ildə tamamilə yeni yaradılmış müasir Azərbaycan görərik.
Möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs bir daha təsdiqləyir ki, islahatlar davamlı xarakter daşıyır. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. Bu islahatlar uğurlu nəticələr verməkdədir.Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir. 
Son illər həyata keçirilən ciddi kadr islahatları, xüsusilə, gənclərə böyük etimad göstərilməsi ölkəmizin sürətli inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə təsirsiz ötüşmür. İdarəetmə sahəsində zəngin biliyə, geniş dünyagörüşə malik gənclərə üstünlük verilməsi rəğbətlə qarşılanır və biz gənclərin gələcəyə ümidini daha da artırır. Dövlət strukturlarının təkmilləşdirilməsi, yeni idarəetmə üsuluna keçid bürokratik manelərin aradan qaldırılmasında da özünü büruzə verir. 
Dövlət başçısının son vaxtlar kadr dəyişiklikləri ilə bağlı imzaladığı növbəti sərəncamlar siyasi idarəçilik sferasında mühüm dəyişiklikləri özündə ehtiva edir. Kadr islahatları ardıcıl kompleks islahatların tərkib hissəsidir və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir. Hazırda ölkənin, demək olar ki, bütün fəaliyyət sferalarında gənc kadrlarla yanaşı təcrübəli kadrların fəaliyyətinə böyük önəm verilir. Möhtərəm Prezidentimiz Neftçala və İsmayıllı rayonlarına yeni təyin etdiyi icra hakimiyyəti başçılarını qəbul edib onlara tövsiyə və tapşırıqlarını verərkən də bu məsələləri önə çəkdi. Dedi ki, elə işləməlisiniz ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də mən. Dövlət başçısının tapşırıqları, əsasən, daim xalq arasında, vətəndaşlarla bir yerdə olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial- iqtisadi inkişafına töhfə verməkdən ibarətdir. 
Xalqımız, eləcə də, gənclər ümid edirlər ki, yeni kadr təyinatları dövlətimizin və dövlətçiliyimizin inkişafına çox mühüm töhfələr verəcəkdir. 

 

Səhər İSMAYILOVA,
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri

 

6 Mart 2020 20:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə