Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçısı maddi-mənəvi dəyərlərimizə böyük qayğı ilə yanaşır

Hər bir xalqın tarixi, milli-mənəvi dəyərləri onu dünyada tanıdan kimlik pasportudur. Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini mühafizə etməklə özünün milli həmrəyliyi və bütövlüyünü qoruyub saxlaya bilib. Müstəqillik əldə etdikdən sonra milli-mənəvi dəyərlərimizi sistematik formada mühafizə və təbliğ etmək xalqımızın qarşısında başlıca vəzifə kimi dururdu. Ulu öndər Heydər Əliyev bu dəyərlərin qorunmasına, təbliğinə həmişə xüsusi diqqətlə yanaşmışdır.

Ümummilli liderin siyası kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də hakimiyyətdə olduğu dövrdə milli-mənəvi dəyərlərin əsl himayədarı olmuşdur. Cənab Prezident bu günlərdə Goranboy, Şəmkir, Ağstafa, Qazax və Tovuz rayonlarına səfərləri zamanı mənəvi dəyərlərimizin qorunmasının və təbliğının vacibliyini bir daha diqqətə çatdırmışdır. Mən televiziya vasitəsilə cənab Prezidentin bu səfərlərini diqqətlə izlədim. Həqiqətən böyük qürur hissi keçirdim. Cənab Prezidentimizin tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə necə həssas yanaşdığının bir daha şahidi oldum.
Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində Tarix- ­diyarşünaslıq və Aşıq sənəti muzeylərinin açılışında iştirak etmişdir. Prezident Tarix-diyarşünaslıq muzeyinın eksponatları ilə tanış olarkən dedi: “Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?...Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu, nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük”. Bu cənab Prezidentimizin tariximizə olan həssas münasibətidir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz rayonunda olarkən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub. Xalça Azərbaycan maddi mədəniyyətinin daşıyıcısıdır. Milli-mənəvi dəyərlərimizə həssas münasibət bəsləyən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində xalçaçılıq sənəti bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə bölgələrdə yaradılan xalçaçılıq müəssisələri bunun əyani sübutudur.
Cənab Prezidentin regionlarda ağsaqqallarla mehriban və səmimi görüşləri, onlara xüsusi ehtiram göstərməsi də mənəvi dəyərlərimizə hörmətin bariz nümunəsidir.

 

Allahverdi HAXVERDİYEV, 
YAP Qubadlı rayon təşkilatının sədri

 

6 Mart 2020 20:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə