Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“A – Qroup Sığorta Şirkəti” ASC-nin 2019-cu il dekabrın 31-nə mühasibat balansı

MÜSTƏQİL AUDİTORUN RƏYİ
“A-Qroup Sığorta Şirkəti” ASC-nin direktoru, idarə heyətinin sədri Anar Bayramova  
Rəy
Biz “A-Qroup Sığorta Şirkəti” ASC-nin  2019-cu il dekabrın  31-nə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin qısa xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.
Bizcə, cəmiyyətin qoşma maliyyə hesabatları bütün əhəmiyyətli aspektlərdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hazırlanmışdır.
Rəy üçün əsaslar
Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid  etik normalarla Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika Məcəlləsinin” (IESBA Məcəlləsi) tələblərinə uyğun olaraq cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də IESBA məcəlləsinin tələblərinə uyğun  yerinə yetirmişik. Bizcə, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.
Əsas audit məsələləri 
Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına aid rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmış və biz bu məsələlərə  ayrılıqda rəy vermirik.
Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti
Rəhbərlik maliyyə hesabatlarının MHBS-ə uyğun hazırlanmasına , düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda rəhbərlik cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid  məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə rəhbərlik məsuliyyət daşıyır.
İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar. Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Bizim məqsədimiz tərtib edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına aid kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun  aparılmış audit onu həmişə aşkarlasın. Təhriflər, dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin maliyyə hesabatları əsasında qəbul etdikləri  iqtisadi qərarlarına  təsir etmək  ehtimalı yarandığı  halda əhəmiyyətli hesab olunur.
BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:
• Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun gəlməyən məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər. 
• İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini dəyərləndiririk. 
• Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə ediməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında cəmiyyətin fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarırıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər. 
Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o  cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz  əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

 

“Caspian Consulting and Partners” 
MMC-nin  direktoru,auditor- Elnurə Abdinova

7 Mart 2020 00:24 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 Oktyabr 2021 | 00:41
BİLDİRİŞ
26 Oktyabr 2021 | 00:39
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə