Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində ilk tədbir

Ağstafa Regional Mədəniyyət İdarəsinin kollektivi Tovuz rayonunda inşa olunan Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində açılışdan sonra ilk tədbirini keçirdi.

Ağstafa Regional Mədəniyyət İdarəsinin kollektivi Prezident cənab İlham Əliyevin Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də açılışında iştirak etdiyi Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində ilk tədbirini keçirdi. Muzeyin konfrans zalında baş tutan tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov  Prezident  İlham Əliyevin sərəncamı ilə bölgəmizdə inşa olunmuş  Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin dövlətin aşıq sənətinə, milli mədəniyyətimizə diqqət və qayğısının bariz nümunəsi olduğunu, bu muzeyin dünyada analoqu olmadığını qeyd etdi. Mədəniyyət işçilərinin iştirakı ilə keçirilmiş tədbirdə idarə rəisi muzeyin gələcək fəaliyyəti, kadr məsələləri və digər məsələlərlə bağlı tövsiyyə və tapşırıqlarını verdi.

Sonra tədbir iştirakçıları muzeyə ekskursiya edərək aşıq sənətini təcəssüm etdirən otaqlar və eksponatlarla tanış oldular.

Sonda xatirə şəkli çəkdirildi.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

6 Mart 2020 14:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə