Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeron rayonunda orta məktəblərin, bağçaların, idarə və müəssisələrin binaları dezinfeksiya olunur

Koronavirus (COVID - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Abşeron rayonunda orta məktəblərin, bağçaların, idarə və müəssisələrin inzibati binalarının dezinfeksiyası işlərinə başlanılıb. Koronovirusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə komissiya yaradılıb.

Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, martın 3-dən 9-na kimi bütün təhsil müəssisələrində sanitariya-gigiyena tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirləri həyata keçirilir. Tədbirlər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib olunmuş qrafik əsasında aparılır.

Hazırda rayonun 31 körpələr evi-uşaq bağçası, 41 tam orta məktəbi, 1 internat tipli məktəb, 1 universitet, bir sıra xəstəxanalarda, mədəniyyət ocaqlarında, idarə və müəssisələrdə dezinfeksiya işləri görülür.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

6 Mart 2020 14:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə