Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tokio 2020: Hər ölkədən 2 bayraqdar

Beynəlxalq Olimpiya Komitəsinin icrayyə  komissiyasının Tokio -2020 Yay Olimpiya Oyunlarının açılışında hər ölkədən 2 bayraqdarın olması haqda qərarını Azərbaycan Milli Olimpiya Komitəsi müsbət qiymətləndirir.

Sportline.az xəbər verir ki, bu haqda Beynəlxalq Olimpiya Komitəsinin İcrayyə Komissiyasının qərarını şərh edən Milli Olimpiya Komitəsinin vitse -prezidenti Çingiz Hüseynzadə bildirib.

O, Beynəlxalq Olimpiya Komitəsi gender bərabərliyinin tənzimlənməsi məqsədilə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində kişi və qadın bayraqdarın olmasının vacibliyini vurğulayıb və bu məqsədlə Milli Olimpiya Komitələrinə müraciət edib. Çingiz Hüseynzadənin sözlərinə görə, Olimpiya oyunlarında bayraqdar statusu qazanmaq idmançılar üçün çox əhəmiyyətlidir. Təbii ki, Beynəlxalq Olimpiya Komitəsinin bu tarixi qərarını dəstəkləyən Azərbaycan Yay Olimpiya Oyunlarında ölkənin ilk qadın bayraqdarının seçilməsinə xüsusi həssaslıqla yanaşacaq.

Qeyd edək ki, Azərbaycan Olimpiya tarixində Nazim Hüseynov, Nizami Paşayev, Fərid Mansurov, Elnur Məmmədli, Teymur Məmmədov, Sergey Rılov, İqor Lukanin və başqa nüfuzlu idmançılar bayraqdar olaraq açılış  mərasimlərində Azərbaycanı təmsil ediblər.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

6 Mart 2020 14:19 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə