Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya çempionatının oyunları təxirə salına bilər

FIFA və Asiya Futbol Konfederasiyası (AFC) DÇ-2022-nin AFC zonası və 2023-cü ildə Asiya Kubokunun seçmə mərhələləri ilə əlaqədar milli assosiasiyalara rəsmi təklif göndərməyi qərara alıb. 

Sportline.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb koronavirus epidemiyasıdır.

Məsələ FIFA və AFC nümayəndələrinin görüşündə müzakirə edilib. Bildirilib ki, FIFA və AFC milli assosiasiyalarla məsləhətləşmədən sonra yaxın günlərdə bu matçlar barədə ətraflı məlumat verəcək: "Ümumdünya Səhiyyə Təşkilatı, konfederasiyalar və üzv assosiasiyalarla birlikdə koronavirusun yayılmasını izləməyə davam edəcəyik".

Qeyd edək ki, DÇ-2022-nin Asiya zonası üzrə təsnifat mərhələsi oktyabrda başlayacaq. Mundial 21 noyabr - 18 dekabr 2022-ci ildə Qətərin 7 şəhərində - Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.

 Salman MUSAOĞLU,
“Xalq qəzeti”

6 Mart 2020 14:18 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə