Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

500’üncü “F-35 Lightning II” səmalarda

Lockheed Martin şirkəti 500-cü F-35 Lightning II təyyarəsini təhvil verib.

Məlumata görə, 500’üncü F-35 Lightning II təyyarəsinin A versiyası ABŞ’ın Vermont əyalətindəki Burlinqton hərbi bazasına təslim edilib. Təqdim olunan 500 F-35-lərdən 354-ü F-35A - ənənəvi qalxma və enmə variantı (CTOL), 108-i F-35B - sürətli qalxma və şaquli enmə variantı (STOVL) və 38 ədədi F35C - aviadaşıyıcılar üçün hazırlanmış katapultla tez qalxma variantıdır.

Lockheed Martin tərəfindən edilən açıqlamada, dünyanın 23 hava bazasında F-35 donanmasının olduğu və bu günə qədər 985 pilot və 8 890-dan çox texniki işçi yetişdirildiyi bildirilib.

Qeyd edək ki, fevral ayında 250.000 uçuş saatını tamamlayan F-35 təyyarələri 9 ölkənin hərbi hava qüvvələrində yer alır.

Elşən AĞALAR,
“Xalq qəzeti”

6 Mart 2020 13:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə