Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğuz və Qaxda tütünçülüyə həsr edilmiş müzakirə keçirilib

Oğuz və Qax rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilovun və qurumun bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə “Tütün istehsalının  mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müzakirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, yerli icra hakimiyyəti orqanlarının və digər qurumların nümayəndələrinin, tütün istehsalçılarının  iştirak etdiyi toplantıda Şöhrət Vəkilov və Rafail Quliyev çıxış edərək “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Oğuz və Qax rayonlarında tütün istehsalının artırılması üçün mövcud imkanlarından səmərəli istifadə, toxum, texnika, mineral gübrələrlə təminat, tütünün tədarükü, satışı və emalı ilə bağlı görülən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, tütün istehsalının artırılması üçün yerli istehsalçılar və aidiyyəti qurumların nümayəndələrinin təklifləri mühüm əhəmiyyət kəsb edir.

Sonra Oğuz və Qax rayonlarının tütün qəbulu və emalı müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, tütünçülük təsərrüfatlarının ixtisaslaşdırılmış texnikalarla təmin edilməsi, emal müəssisələri ilə mülkiyyətçilər arasında  müqavilə şərtləri və digər məsələlər müzakirə edilib. Tütün toxumçuluğunun təşkili üçün müvafiq elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi, bu sahə üzrə kadrların hazırlanması, innovativ becərmə texnologiyalarının tətbiqinin nümayiş etdirilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı təklif və tövsiyələr dinlənilib.

Sonda  müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

R.TAHİR,
“Xalq qəzeti”

6 Mart 2020 12:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə