Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın Aydaho ştatı ilə Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Aydaho Ştatının qubernatoru Brad Little ilə görüşüb. Baş Konsulluqdan  verilən məlumata görə, görüş zamanı, Azərbaycan ilə Aydaho ştatı arasında müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, nəqliyyat, elm, təhsil və mədəniyyət üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolu barədə məlumat verən baş konsul N.Ağayev Aydaho Ştatı ilə Azərbaycanın münasibətlərinin daha da inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.  Diplomat Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söz açaraq, bu gün ölkəmizdə müxtəlif dinlərin və millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını da iqqətə çatdırıb. 

Qubernator Little görüşdən məmnunluq duyduğunu ifadə edərək, Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. Görüşdə, Aydaho Ştat Senatının sədri Brent Hill, Nümayəndələr Palatasında çoxluğun rəhbəri Mike Moyle və onun müavini Jason Monks, ştatın Kənd Təsərrüfatı Departamentinin direktoru Celia Gould, Ticarət Departamentinin direktoru Tom Kealey və digər rəsmilər də iştirak edib.  

Səfər müddətində baş konsul N.Ağayev Aydaho Ştatının paytaxtı Boise şəhərinin meri Lauren McNeal, müxtəlif ştat senatorları və digər rəsmi şəxslərlə də görüşlər keçirib.

R.TAHİR,
“Xalq qəzeti”

6 Mart 2020 12:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə