Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri məqsədilə 3 obyekt üzrə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyatı işlər üzrə ixtisas uyğunluğu.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.
Əlaqələndirici şəxs – Emin Quliyev. 
Ünvan -Bakı şəhəri, Moskva prospekti 69a. 
Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti. 
E-mail: [email protected]
Telefon-431-08-64; Faks - 430-79-57.
 Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri obyekti tərkibində aşağıdakı 3 obyekt üzrə tender keçiriləcəkdir. 
1. Xaçmaz rayonu ərazisində Qudyalçay, Ağçay və digər çaylarda sahilbərkitmə işlərinin satın alınması.
2. Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlərin satın alınması (Astara çayının məcrasının 138-ci sərhəd nişanından 141-ci sərhəd nişanına kimi təmizlənməsi).
3. Ağcabədi rayonu ərazisində Qarqarçayda selə qarşı mübarizə tədbirlərinin satın alınması.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər bir lot üçün 150 (bir yüz əlli) manat məbləğdə vəsait ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti. 
VÖEN -1300300711 
H/h- AZ 10 IBAZ 380700194497 16100216
“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı
 M/h-AZ03NABZ01350100000000002944
VÖEN -9900001881  
SWIFT - IBAZAZ2Х (AZIPS-in üzvü)
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1(bir) faizi məbləğində tender təklifinin təminatı (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır);
- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;
- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış ;
- son maliyyə dövrünə olan məlumatı əks etdirməklə iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən maliyyə hesabatının surəti; 
- maliyyə vəziyyəti barədə bank arayışı;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;
- qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri, dövlət reyestrindən çıxarışın, nizamnamənin və şəhadətnamənin surəti.
İddiaçılar qeyd olunan sənədləri 27 mart 2020-ci il saat 17.00-а qədər tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər. 
İddiaçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 14 aprel 2020-ci il saat 17.00-а elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Təklif zərfləri 15 aprel 2020-ci il saat 12.00-dа açılacaqdır.
 
 
Tender komissiyası
6 Mart 2020 02:26 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə