Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 1. Şəmkir maşın kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların tikintisi (II mərhələ). 2. Şamaxı rayonu ərazisində 8 ədəd kiçik sututarda zəruri təmir-bərpa işlərinin aparılması (8 ədəd sututar). 3. “Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan ­qaldırılması tədbirləri” obyekti tərkibində bir obyekt üzrə Şəki rayonu ərazisində Kişçay, Şinçay, ­Daşağılçay və digər çaylarda (Kişçay bölməsi) sahilbərkitmə işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyatı işlər üzrə ixtisas uyğunluğu.
Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.
Əlaqəlndirici şəxs - Emin Quliyev.
Ünvan- Bakı şəhəri, Moskva prospekti 69a.
Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti. 
E-mail: [email protected]
Telefon -431-08-64; 
Faks 430-79-57.
Tender 1 lot üzrə keçiriləcəkdir.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu almaq üçün yazılı müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər bir obyekt üzrə 200 (iki yüz) manat məbləğdə vəsait ödədikdən sonra ala bilərlər.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti. 
VÖEN- 1300300711 
H/h - AZ 10 IBAZ 380700194497 16100216 
“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı
 M/h -AZ03NABZ01350100000000002944
VÖEN- 9900001881  
SWIFT - IBAZAZ2Х (AZIPS-in üzvü)
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1(bir) faizi məbləğində tender təklifinin təminatı (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 60 (altmış) bank günü çox olmalıdır;
- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;
- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında ­arayış; 
- son maliyyə dövrünə olan məlumatı əks etdirməklə iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən maliyyə hesabatının surəti ; 
- maliyyə vəziyyəti barədə bank arayışı;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;
- qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri, dövlət reyestrindən çıxarışın, nizamnamənin və şəhadətnamənin surəti.
İddiaçılar qeyd olunan sənədləri 15 aprel 2020-ci il saat 17.00-а qədər tender komissiyasına təqdim etməlidirlər. 
İddiaçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 29 aprel 2020-ci il saat 17.00-а qədər 2 qat bağlı zərfdə (əsli vı surəti olmaqla) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan təkliflər qəbul olunmayacaqdır.
Təklif zərfləri 30 aprel 2020-ci il saat 15.00-dа Bakı şəhəri, Hökumət evi, V mərtəbədə açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
 
 
Tender komissiyası
6 Mart 2020 02:24 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 Oktyabr 2021 | 00:41
BİLDİRİŞ
26 Oktyabr 2021 | 00:39
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə