Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti nəqliyyat vasitələrinin təmiri işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə etsinlər. 
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
- iddiaçının təcrübəsi (illər), iddiaçının təcrübəsi (analoji işlər), iddiaçının maliyyə imkanları, təmir sifarişinin icrası və iddiaçının tender təklifi.
Müqavilənin şərtlərini yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara sahib olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı 150 manatdır.
H/h- AZ53AİİB33010019444805754148
VÖEN- 4700664781
Bank- “Kapital Bank” ASC-nin Qusar filialı 
Kod- 200480
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır;
-təminatın qüvvədəolma müddəti tender təklifinin qüvvədəolma müddətindən ən azı 30 (otuz) bank günündən çox olmalıdır;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının maddi-texniki bazası.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanunauyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 3 aprel 2020-ci il saat 14.01-ə, maliyyə göstəricilərinə aid sənədləri isə 14 aprel 2020-ci il saat 14.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 14 aprel 2020-ci il saat 14.01-də açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə tanış ola bilərlər.
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır. Həmçinin elanla bağlı ətraflı məlumatı dövlət satınalmalarının vahid internet portalından tapmaq olar.

6 Mart 2020 02:22 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə