Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşaltıdan yayılan erməni vahiməsi

Dağlıq Qarabağ oyuncaq rejimi  “prezident”liyinə namizəd, keçmiş səhra komandiri, general-mayor Vitali Balasanyan işğal altındakı Şuşa rayonunun “Karintak” adı verrilmiş  Daşaltı  kəndində keçirdiyi görüşə toplaşanları bir bəyanatı ilə vahiməyə salıb.

Əli soydaşlarımızın qanına batmış quldur dəstəsi başçısı bildirib: “Martın 31-də  Qarabağ məsələsinin həll olunub-olunmayacağı bilinəcək. Əgər Ermənistan siyasi hakimiyyəti  inqilabı Qarabağa gətirsə, hamımız məğlub olacağıq. Bu, Balasanyanın problemi deyil, bu, “Artsax”ın ( Qarabağın--R.T.) problemidir”.

V. Balasanyan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ilə paralel olaraq, ABŞ-ın Azərbaycandakı səfirinin Qarabağın Azərbaycanlı İcmasının nümayəndəsi ilə görüşdüyünü, Məmmədyarov--Mnatsakanyan görüşündə “ermənilərlə azərbaycanlıların birgə yaşama məsələsinin” müzakirə edildiyini xatırladıb: “Mən bir açıqlama verm ki,  Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü mənim 31 mart “seçki”ləri üçün siyasi divident topladığımı bildirir. Mən hansı siyasi divident əldə edirəm? Mən hərbçiyəm”.

R.TAHİR,
“Xalq qəzeti”

5 Mart 2020 11:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə