Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mikayıl Cabbarov: Azərbaycan xarici investisiyalar üçün “açıq qapı” siyasəti həyata keçirir

Bakıda keçirilən, Azərbaycan və Rusiyanın Rostov vilayəti arasında iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlığın inkişafına həsr edilmiş biznes-forumda İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan Rusiyanın Rostov vilayəti ilə iqtisadi münasibətləri genişləndirir.

Nazirin sözlərinə görə, son illər Azərbaycanda yol-nəqliyyat infrastruktutuna yatırılan investisiyalar hesabına avtomobil daşımaları sahəsində potensialın artması Rusiyadan Azərbaycan ərazisi ilə nəql olunan yüklərin həcminin artmasına səbəb olub: “Rostov vilayəti böyük həcmdə məhsul istehsalçısı kimi Azərbaycana üçün böyük maraq kəsb edir. Düşünürəm ki, nəqliyyat sahəsində fəaliyyət göstərən rusiyalı tərəfdaşlar daşımaçılıqla bağlı təkliflər hazırlamalı və təqdim etməlidirlər. Bu təkliflər qiymət və müddətlə bağlı ola bilər”.

Mikayıl Cabbarov rostovlu iş adamlarını iqtisadiyyata pul qoymağa çağırıb: “Azərbaycan xarici investisiyalar üçün “açıq qapı” siyasəti həyata keçirir”.

R.TAHİR,
“Xalq qəzeti”

5 Mart 2020 11:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə