Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da tornado

ABŞ-ın Tennesi ştatında baş verən tornado 25 nəfərin həyatına son qoyub. “NBC” telekanalının məlumatına görə, təbii fəlakət ştatın mərkəzi rayonlarını əhatə edib. 
Ştatın qubernatoru Bill Li ştatda fövqəladə vəziyyət elan edib. Qubernator bildiriblər ki, itkin düşənlərin sayı çoxdur. 
Tornado nəticəsində 50 min ev və müəssisə işıqsız qalıb. 45 bina uçub. Onlarca yaşayış evinə və inzibati binaya ciddi ziyan dəyib. 
ABŞ Prezidenti Donald Tramp tornado nəticəsində həlak olanların ailələrinə başsağlığı verib və bildirib ki, martın 6-da Tennesiyə gələcək. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

 

5 Mart 2020 10:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə