Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha bir demokrat namizəd mübarizəni dayandırıb

Birləşmiş Ştatlarda ­2020-ci il prezident seçkiləri uğrunda dah bir namizəd mübarizəni dayandırıb. Bu barədə CNN məlumat yayıb. Mənbə qeyd edir ki, Minnesotadan olan sosial-demokrat Emi Klobuşar 2020-ci il prezident seçkilərində mübarizə kampaniyasını dayandırdığını elan edib.

Məlumata görə, həm Klobuşar, həm də prezident seçkilərində mübarizədən çıxdığını martın 1-də elan etmiş Pit Butticiç “Super çərşənbə axşamı” ərəfəsində Co Baydenin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Keçmiş vitse-prezidentin əsas rəqibi Berni Sandersdir. 
Qeyd edək ki, prezident seçkiləri ilində mart ayının ilk çərşənbə axşamı günündə əksər ştatlarda ilkin seçkilər keçirilir. Həmin seçkilərdə bütün partiyalardan prezidentliyə namizədlərin seçilməsi üzrə qurultaylara nümayəndələr - ştatlardan olan seçkiçilər müəyyən olunur. Seçkiqabağı mübarizənin hər hansı başqa günü ilə müqayisədə həmin gün daha çox nümayəndə seçilir. Ona görə də, həmin gün qələbə qazanmaq prezidentliyə bütün namizədlər üçün çox vacibdir. Bu il “Super çərşənbə axşamı” günündə 14 ştatda seçkilər keçiriləcək. 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

5 Mart 2020 10:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə